İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Tehran və Moskva arasında uzunmüddətli tərəfdaşlığa diqqət çəkərək, Rusiyanın güclü ölkə olduğunu bildirib.
“İranın qonşumuz və regionun güclü ölkəsi olan Rusiya ilə ikitərəfli əlaqələri və İranın nüfuzlu beynəlxalq oyunçu olan Çinlə ikitərəfli əlaqələri onilliklər əvvəlinə gedib çıxır ”, – siyasətçi “Newsweek” jurnalına müsahibəsində Tehranın Rusiya Federasiyası və Çini böyük münaqişə vəziyyətində mümkün müttəfiq hesab edib-etməməsi sualına cavab verərkən deyib. (Tass)