İran Rusiya tərəfinə iki ölkənin alimləri üçün vizaların ləğvini təklif edib. Bu barədə TASS-a İranın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Hadi Qudarzi bildirib.
“Birincisi, biz alimlər, professorlar və universitet işçiləri üçün vizasız səyahətə başlaya bilərik ki, onlar Rusiya və İrana gedə bilsinlər”. “Təklif artıq Rusiyadakı həmkarlarımıza göndərilib, biz onun üzərində işləyirik. Biz bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızla danışacağıq”, – diplomat əlavə edib.
“Biz Rusiya və İran universitetlərində elmi fəaliyyətlə məşğul olan alimlərimizin, həmkarlarımızın sərbəst səyahət etmələrini təmin etməyə çalışacağıq”, – deyə Qudarzi qeyd edib: “Bu, iki ölkə alimlərinin akademik səyahətinə aiddir”.
Və sonra, diplomat qeyd edib ki, “siz sadə insanlar üçün vizasız səyahət haqqında düşünə bilərsiniz ki, onlar da ölkələr arasında sərbəst səyahət edə bilsinlər.” (Tass)