İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etməyib. Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib. Tədbir İRİB telekanalı tərəfindən yayımlanıb.
“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən (məsud Pezeşkianın prezident seçkilərində qələbəsindən sonra İranın yeni hökumətinin hakimiyyətə gəlməsi nəzərdə tutulur) heç bir silah ötürülməyib”, – deyə bildirib.
Prezident əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub. “Rusiya niyə müharibəyə başladı, soruşun ki, NATO öz sərhədlərini niyə genişləndirmək istəyir?