İran Qəzza zolağı ətrafında vəziyyətlə bağlı mövqeyinə görə Rusiya prezidenti Vladimir Putinə minnətdardır. Bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Moskva Katedral Məscidində fələstinlilərə və Qəzzada xəstəxananın atəşə tutulması nəticəsində həlak olanlara həsr olunmuş namazdan sonra deyib.
“Biz Rusiya Federasiyasının Prezidenti cənab [Vladimir] Putinə və Rusiya rəsmilərinə ifadə etdikləri mövqeyə görə səmimi təşəkkürümüzü bildirmək istəyirik. Ümid edirik ki, baş verən hadisə bizi ayağa qaldıracaq”, – diplomat bildirib. (Tass)