Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri Rusiya-İran münasibətlərini gücləndirmək məqsədi daşıyır. İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlalinin deyib ki, iki ölkə arasında tərəfdaşlığın sabitliyinə heç bir xarici faktor təsir etmir.
“Rusiya xarici işlər nazirinin Tehrana səfəri iki ölkə arasında sıx əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərdə geniş spektrli məsələlər, regional və beynəlxalq tədbirlər üzrə yüksək səviyyəli dialoqun dərinləşdirilməsi kursunu davam etdirir. Bu dialoqa hər zamankindən daha çox ehtiyac var”, – Cəlali X-də yazıb.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər yanvarın 17-də Kremldə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi sayəsində möhkəmlənib. İran səfiri hesab edir ki, saziş “bəzi adi hadisələrin bizim münasibətlərə təsir göstərməsinə imkan vermir”. (Tass)