İranın Seçki Qərargahı prezident seçkilərində səsvermə vaxtını yenidən uzadıb, indi vətəndaşlar yerli vaxtla saat 22:00-a qədər (Bakı vaxtı ilə saat 22:30-a qədər) səs verə bilərlər.
İranın seçki komissiyasının nümayəndəsi Möhsün Eslami IRIB telekanalında deyib: “Prezident seçkiləri üçün səsvermə vaxtı saat 22:00-a qədər uzadılıb”. Əvvəllər səsvermə vaxtı yerli vaxtla saat 18:00-dan 20:00-a qədər (Bakı vaxtı ilə 20:30 -a qədər) uzadılıb.
Telekanalın məlumatına görə, günün istisi səngidikdən sonra seçki məntəqələrində səs vermək istəyənlərin böyük növbələri düzülüb. Bu gün günortadan sonra Tehranda havanın temperaturu 36 dərəcəyə yüksəlib. İranın cənubunda hava daha da isti olub, məsələn, ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində termometr 46 dərəcəni keçib. (Tass)