İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsraili İranın raket hücumuna cavab tədbirləri görəcəyi təqdirdə yəhudi dövlətinin infrastrukturunu tamamilə məhv edəcəyi ilə hədələyib.
“Əgər [İsrail] təcavüzkar cavab tədbirləri görsə, o, işğal olunmuş Fələstin ərazilərində öz infrastrukturunun məhv edilməsini gözləməli olacaq”, – deyə Baş Qərargahın verdiyi açıqlamada deyilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin İsrailin müttəfiqlərinə İslam Respublikası ilə birbaşa hərbi toqquşmaya girməmək barədə xəbərdarlıq edib.
“Rejimin müttəfiqlərinin İrana təcavüz və hücumda birbaşa iştirakı halında, İslam Respublikasının silahlı qüvvələri regional səviyyədə öz mərkəzlərini və maraqlarını güclü hücuma məruz qoyacaq, [bu hücum] onları tövbə etdirəcək. Bu barədə IRIB telekanalı departamentdən sitat gətirib. (Tass)