İran ABŞ prezidenti Donald Trampdan İranın nüvə proqramı ilə bağlı danışıqlar təklif edən mesaj almayıb. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.
“Xeyr, bu mesajı almamışıq”, o, jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən deyib.
Martın 7-də Tramp “Truth Social”da yazıb ki, o , İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib.Amerika liderinin bu bəyanatını şərh edən Əli Xamenei qeyd edib ki, İran ABŞ-la danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür. (Tass)