İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verib ki, BAEA Rəhbərlər Şurasının Tehranı təşkilatla əməkdaşlıq etmədiyi iddiası ilə tənqid edən qətnaməsinə cavab olaraq zənginləşdirilmiş uran istehsalı üçün əlavə sentrifuqalar quraşdıracaq. Bu barədə Reuters agentliyi MAQATE-nin hesabatına istinadən məlumat yayıb.
Hesabatda göstərildiyi kimi, uranın zənginləşdirilməsi səviyyəsi nüvə sənayesinin inkişaf planı ilə müəyyən edilmiş 60%-dən çox olmayacaq. Tehran MAQATE-yə məlumat verib ki, Fordo obyektində quraşdırılmış səkkiz kaskad IR-6 sentrifuqasından istifadə etməklə uranı 5%-ə qədər zənginləşdirmək niyyətindədir. (Tass)