NourNews agentliyi mənbəyə istinadən xəbər verir ki, Tehran və Vaşinqton hələ də İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün dolayı danışıqların növbəti raundunun tarixi ilə bağlı razılığa gələ bilməyiblər.
Onun sözlərinə görə, Axios portalının növbəti turun iyunun 7-8-də keçirilməsinin mümkünlüyü ilə bağlı bəyanatının əksinə olaraq, tarix hələ müəyyən edilməyib. (Tass)