Ermənistan və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani ölkənin İrəvandakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.
“Biz Ermənistanla hər iki ölkənin liderləri tərəfindən imzalanacaq genişləndirilmiş, əhatəli strateji sənəd üzərində işləyirik. Bu sənəd hərtərəfli və uzunmüddətli olacaq və uzunmüddətli layihələr də bu sənədə daxil edilə bilər”, – o qeyd edib. (Tass)