Pakistan və İranın xarici işlər nazirləri Cəlil Abbas Cilani və Hüseyn Əmir Abdullahiyan yanvarın 26-dək ölkələrin səfirlərinin öz vəzifələrinə qayıtması barədə razılığa gəliblər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin X sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş iki ölkənin birgə bəyanatında deyilir.
“Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin 2024-cü il yanvarın 26-dək öz vəzifələrinə qayıtmaları üçün birgə razılıq əldə olunub”, – deyə məlumatda bildirilir.