İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrov ilə ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığa dair sazişin hazırlanması prosesini müzakirə edib.
İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı nazirlər “ikitərəfli münasibətlərin bəzi məsələlərini, o cümlədən malların tranziti və hərtərəfli strateji əməkdaşlıq haqqında saziş üzərində işi” müzakirə ediblər. Nazirliyin bəyanatında qeyd olunub ki, tərəflər həmçinin İranda Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin gedişatını müzakirə ediblər. (Tass)