“Biz tezliklə Amerikanın təklifinə cavabımızı təqdim edəcəyik: bu, İranın maraqlarına cavab verəcək, çünki biz xalqımızın qanuni hüquqlarını, o cümlədən dinc nüvə enerjisi istehsal etmək hüququnu həyata keçirməsini təmin edəcək razılaşmadan başqa heç bir sazişi qəbul etmirik”, – deyə Əraqçi misirli həmkarı Bədr Əbdül Ati ilə Qahirədə mətbuat konfransı zamanı bildirib. Veriliş Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı tərəfindən həyata keçirilib.
İranın xarici işlər naziri vurğulayıb ki, ölkəsi uranı “yalnız dinc məqsədlər üçün” və “elmi fəaliyyətlər çərçivəsində” zənginləşdirir və Tehran bunu sübut etməyə hazırdır. Eyni zamanda, Əraqçi qeyd edib ki, İsrailin İranın mülki nüvə enerji obyektlərinə zərbə endirmək təhdidləri “beynəlxalq hüququn pozulması”dır və beynəlxalq ictimaiyyət tərəfindən qınanmağa layiqdir.