İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani prezident seçkilərinin uğurla başa çatması münasibətilə Venesuela prezidenti Nikolas Maduronu və respublika xalqını təbrik edib.
“Biz Venesuela xalqını, hökumətini və seçilmiş prezidentini bu ölkədə prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edirik”, – diplomat özünün X (keçmiş Twitter) səhifəsində yazıb.
Onun sözlərinə görə, “seçkilər yüksək fəallıq və [xarici] dövlətlərdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin geniş iştirakı ilə və təhdidlərə, Venesuelaya qarşı sərt və ədalətsiz sanksiyalara baxmayaraq keçirilib ki, bu da bu ölkədə demokratik prosesin möhkəmlənməsindən xəbər verir. (Tass)