İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı iranlı diplomatların beynəlxalq arenada ölkənin maraqlarını müdafiə etməsinə mane olmayacaq. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin departamentin Telegram kanalında dərc olunan bəyanatında deyilir.
Mətndə vurğulanır: “Şübhəsiz ki, bu görkəmli şəxsiyyətlərin ölümü diplomatik aparatın milli maraqları müdafiə etməsinə və İran İslam Respublikasının regional və beynəlxalq münasibətlərdə oynadığı effektiv və konstruktiv rola diqqət yetirməsinə mane olmayacaq”. (Tass)