İran Xarici İşlər Nazirliyi Ukraynanı Suriyadakı terror qruplaşmalarına dəstəyi dayandırmağa çağıraraq, Kiyevin hərəkətlərini terrorizmlə mübarizə üzrə beynəlxalq öhdəliklərin açıq şəkildə pozulması adlandırıb. Bu barədə departamentin İslam Respublikası hökumətinin teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“Nazir köməkçisi və Avrasiya Departamentinin rəhbəri Müctəba Dəmirçilu bəzi Ukrayna rəsmiləri tərəfindən qanunsuz silah alveri ilə bağlı bəzi məlumatlara və bu ölkənin [Ukraynanın] Suriyadakı terror qruplaşmalarına dəstəyinə işarə edərək, bu hərəkətləri ölkələrin terrorizmin qarşısının alınması və onunla mübarizə ilə bağlı beynəlxalq öhdəliklərin pozuntusu adlandırıb”, – sənəddə qeyd olunur. (Tass)