ABŞ İranla yeni müqavilə bağlamaqla onu təslim olmağa məcbur etmək məqsədi güdür. Bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
“ABŞ prezidenti yenidən İran xalqına qarşı maksimum təzyiq siyasətinə qayıdıb. Ən maraqlısı odur ki, İrana misli görünməmiş təzyiqlər haqqında fərmanı imzalayarkən, danışıqlara hazır olduğu barədə bəyanatlar verib, çünki onun məqsədi bizi çaşdırmaqdır. Biz ABŞ-la niyə danışıqlar aparmalıyıq ki, təzyiq altında olub? Onların bu danışıqlarda məqsədi təslim olmaqdır”, – deyə nazirin mətbuat xidməti bildirib. Əraqçi Tehranda İslam İnqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş bayram tədbirində çıxış edib. (Tass)