İran uranın dinc məqsədlərlə zənginləşdirilməsindən vaz keçmək niyyətində deyil, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərə əməl etməyə davam edərək, digər dövlətlərin bu məsələdə Tehranı məhdudlaşdırmaq hüququ yoxdur. Bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
“Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin vicdanlı iştirakçısıyıq, bu əsasda uranı dinc məqsədlər üçün, ölkəmizin mənafeyi üçün zənginləşdiririk. Müqavilə üzrə öhdəliklərimizə əməl etdiyimiz müddətdə heç kim bizə nə edəcəyimizi deyə bilməz”, – Taxt-Rəvançi Almaniyanın ARD telekanalının efirində deyib. (Tass)