İran Müdafiə Nazirliyi yeni “Arman” və “Azaraxş” hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini təqdim edib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu sistemlər ilk dəfə 2022-ci ilin aprelində İran Ordusu Günü paradında təqdim edilib. Arman kompleksi iki versiyada təqdim olunur: bir model aktiv radarla təchiz olunub, digəri isə passivdir. “Azaraxş” obyektlərin aşkarlanması və izlənilməsi üçün eyni zamanda radar və optik-elektron sistemdən istifadə edərək aşağı hündürlükdə raketlərlə mübarizə kompleksidir.
Təqdimatda ölkənin müdafiə naziri Məhəmməd Rza Aştiani iştirak edib. (Tass)