İran prezidentliyinə namizədlərin seçkiqabağı təşviqat dövrü yerli vaxtla saat 8:00-dan (Bakı vaxtı ilə 8:30) ölkədə sükut günü başlayıb.
İslam Respublikasının Seçki Qərargahının bəyanatında bildirilir ki, “bütün namizədlərdən, partiyalardan, siyasi hərəkatlardan və onların tərəfdarlarından müəyyən edilmiş müddət bitdikdən sonra namizədləri dəstəkləmək üçün hər hansı təşviqat tədbiri keçirməkdən çəkinmələri, həmçinin səsvermə günü hər hansı təşviqat simvollarını taxmaqdan çəkinməyə” çağırıb.
Ümumilikdə beş siyasətçi prezidentlik uğrunda mübarizəyə qatılacaq. Onların arasında parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, respublikanın Təhlükəsizlik Şurasındakı mənəvi liderin nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi (hamısı mühafizəkarlar) və keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan (islahatçı) var.Əvvəlcə Konstitusiyanın Keşikçiləri Şurası altı nəfərin seçkilərdə iştirakına icazə verdi, lakin vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi iyunun 26-da digər mühafizəkar namizədlərin xeyrinə öz namizədliyini geri götürdüyünü elan edib. (Tass)