İranda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb. Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
“Səsvermə vaxtı sona çatdı, bu, seçki kampaniyasının sona çatdığını göstərir” deyib. Qurum rəsmisi həmçinin seçki komissiyasının rayon şöbələrinin bütün əməkdaşlarına və bütün seçki təşkilatçılarına təşəkkür edib. Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin hesablanması başlayır. (Tass)