İranın Rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Əlborz vilayətinin Savocbolaq rayonunun Sefidrak bölgəsində dünən dağa çırpılan təyyarənin ekipajının axtarışları nəticəsində iki nəfərin meyiti tapılıb.
Bildirilib ki, qəzaya uğrayan təyyarədə təlimatçı pilot və tələbəsi həyatını itirib.
Dünən Savocbolağ şəhərində Piper 28 tipli təlim təyyarəsinin qəzaya uğradığı açıqlanıb. Qəzaya uğrayan təyyarəyə çatmaq üçün axtarışlara başlanılıb. (TRT Haber)