Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları – 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.