May 14, 2025-16:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, saxlanılan var

2023:10:23 - 13:42
in HADİSƏ
A A
Oktyabr ayının 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində 2 nəfər naməlum şəxsin dövlət sərhədindən külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatı üçün təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. Sərhəd naryadı sərhəd pozucularını zərərsizləşdirmək üçün əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərk-silah etməyə nail olub.

Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları – 1986-cı il təvəllüdlü Parsabad rayon sakini İbrahimzadə Canəli Səmiulla oğlu və 2003-cü il təvəllüdlü Gərmi rayon sakini Siyamək Fərzi Əzim oğlu olduğu müəyyən edilib, üzərlərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 55 qram narkotik maddə (5 kq 435 qram heroin, 3 kq 620 qram metamfetamin), 1 ədəd gecəgörmə cihazı və “BERETTA” markalı tapança (10 ədəd patronu ilə birlikdə) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki Yazı

Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin rəhbəri Qəzza zolağından qaçqınların qəbuluna qarşı çıxıb

Növbəti Yazı

Peskov: Gələcək dünya nizamı “Amerika mərkəzli” olmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.