İran ABŞ-la danışıqlara getməməlidir, çünki onlar Tehranı artıq bir dəfə aldadıblar: onunla nüvə sazişi bağlayıblar, onun şərtlərini yerinə yetirməyiblər, anti-İran sanksiyalarını aradan qaldırmayıblar və müqaviləni birtərəfli qaydada ləğv ediblər. Bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın İranla “böyük müqavilə” bağlamaq təklifini şərh edərkən deyib.
“2015-ci ildə biz ABŞ-la müqavilə bağladıq, qarşı tərəfə çox güzəştlər etdik. Lakin amerikalılar razılaşmanın şərtlərini yerinə yetirmədilər. İndi hakimiyyətdə olan həmin şəxs (Tramp ) müqaviləni ləğv etdi. O, hakimiyyətə gəlməmişdən əvvəl müqavilə bağlanan şəxslər (ABŞ prezidenti Barak Obamanın administrasiyası) razılaşmanı ləğv etməyi hədəfləməyiblər – İran belə bir hökumətlə danışıqlar aparılmamalıdır. (Tass)