İran Silahlı Qüvvələrinin Baş Qərargahı atəşkəs elan edildikdən sonra İsrail ərazisinə raket zərbəsi endirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“İran Silahlı Qüvvələrinin Baş Qərargahı son saatlarda İrandan İsrail ərazisinə raket zərbələri endirilməsi ilə bağlı məlumatları təkzib edib”, – bəyanatda deyilir. (Tass)