İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub, Times of Israel xəbər verir.
Onun sözlərinə görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa tələsir.