2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Cavad Zərif İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilib. Yeni prezident Məsud Pezeşkiyanın müvafiq fərmanı onun administrasiyası tərəfindən dərc edilib.
Pezeşkianın bütün seçki kampaniyası boyunca Zərif onun əsas dəstəkçilərindən biri olub və xarici siyasət üzrə müşaviri kimi fəaliyyət göstərib. Zərif islahatçı namizədin seçki strategiyasının memarı hesab olunurdu.
Pezeşkianın qələbəsindən sonra eks-nazir yeni hökumətin formalaşdırılması üzrə məsləhət komitəsinə rəhbərlik edib. O, nazirlər kabinetinə namizədlərin seçilməsinə, daxili siyasətin müxtəlif sahələri üzrə bir sıra komitələrin yaradılmasına cavabdeh idi. (Tass)