Qəza nəticəsində İran prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib.
“Qəzaya düşən vertolyotun yeri aşkar edildikdə, helikopter sərnişinlərinin canlı olmasına dair heç bir əlamət tapılmadı”, – o, IRIB telekanalında deyib.Təyyarədə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub. (Tass)