İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əvvəllər təhlükəsizlik orqanları tərəfindən məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün addımlar atdığını açıqlayıb.
İran hökumətinin mətbuat xidməti bildirib ki, “Media, ictimaiyyət və müəssisələrin rabitə və xidmət infrastrukturundakı fasilələrlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ünvanladığı çoxsaylı sorğulara cavab olaraq, yuxarıda qeyd olunan fasilələrin tətbiqi qərarının səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən ölkədəki mövcud vəziyyəti nəzərə alaraq qəbul edildiyini bildiririk”.
Nazirlik əlavə edib ki, “rabitəni bərpa etmək və bu xidmətləri bərpa etmək üçün çox çalışır”.
Beynəlxalq internet monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda internetə çıxış bir gündən çoxdur ki, bloklanıb. (Tass)
