İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan HƏMAS-ın İsrailə qarşı radikal hücumunu beynəlxalq hüquqa uyğun hərəkət adlandırıb. O, bu barədə BMT Baş Assambleyasının Fələstinin mülki əhalisinin müdafiəsinə həsr olunmuş xüsusi sessiyasında bildirib.
“Beynəlxalq hüquqa görə, silahlı vasitələrlə də daxil olmaqla, təcavüz və işğala qarşı müqavimət Fələstin xalqının ayrılmaz və qanuni hüququdur və onun həyata keçirilməsi üçün heç bir ölkənin və ya beynəlxalq qurumların icazəsi tələb olunmur”, – Abdullahyan bildirib.
Nazirin sözlərinə görə, Həmas yaraqlılarının İsrailə hücumu “son aylarda sionist rejimin davam edən işğalı, təcavüzü və törətdiyi kütləvi cinayətlərə” reaksiya olub. “Fələstin xalqının və HƏMAS azadlıq hərəkatının işğalçılara qarşı son hərəkətləri beynəlxalq hüquqa uyğundur” deyən Abdullahian, “Fələstin xalqının işğalçı gücə qarşı mübarizəsini terror kimi göstərmək cəhdlərini ikiüzlülük adlandırıb. (Tass)