İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə dosyesi üzrə ABŞ ilə danışıqların birinci mərhələsinin 2026-cı ildə başlamasını alqışladı və tərəflərin dialoqu davam etdirmək niyyətində olduğunu bildirdi.
“Bu, danışıqlar üçün yaxşı bir başlanğıc idi. Danışıqların necə davam edəcəyi paytaxtlarda məsləhətləşmələrdən sonra müəyyən ediləcək. Görünür, danışıqların davam etdirilməsi üçün qarşılıqlı razılıq var”, – deyə o, SNN- də bildirib.
