İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, Almaniyada keçirilən təhlükəsizlik konfransı İran mövzusu müzakirə edildikdə “Münhen sirkinə” çevrilir.
O, X-də yazıb: “İrana gəldikdə, adətən ciddi olan Münhen Təhlükəsizlik Konfransının “Münhen Sirkinə” çevrildiyini görmək kədərlidir.” O, Aİ-nin İranın daxilində nələrin baş verdiyini dəqiq başa düşə bilmədiyini və çaşqınlıq içində olduğunu bildirib.
Əraqçinin sözlərinə görə, Avropa İttifaqı Yaxın Şərqdə geosiyasi təsirini tamamilə itirib. “Avropa bir vaxtlar [İranın nüvə danışıqlarında] əsas oyunçu idi, amma indi tamamilə görünməzdir. Bunun əvəzinə, regiondakı dostlarımız periferik və əhəmiyyətsiz “AB-3″dən (Böyük Britaniya, Almaniya və Fransa ) daha təsirli və faydalı olduqlarını sübut edirlər”, – deyə İranın xarici işlər naziri əlavə edib.
