İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri və prokuroru Piotr Hofmanski və Kərim Əhməd Xana yazılı müraciətlər göndərərək, İsrailin Qəzza zolağındakı hərəkətlərini dayandırmağı tələb edib. Müvafiq bəyanat İslam Respublikası Xarici İşlər Nazirliyinin teleqram kanalında dərc olunub.
“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beynəlxalq Cinayət Məhkəməsinin sədri və prokuroruna məktublar göndərərək, Qəzza zolağında baş verən son cinayətlərlə bağlı məhkəmə prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Qəzza zolağının vəhşicəsinə bombalanması və İsrailin anklavı işğal etməsi, 14 mindən çox dinc sakinin ölümü, ən azı 32 min nəfərin isə yaralanması hərbi cinayətlərin bariz nümunəsidir. Bunlar insanlığa qarşı cinayət və soyqırım aktları kimi qiymətləndirilməlidir”, mətndə deyilir. (Tass)