İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzzada döyüşləri “çox gec” olmadan dayandırmağa çağırıb. O, X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq bəyanat yayıb.
“Girovları hərbi əməliyyatla azad etmək mümkün deyil, onlar yalnız partlayışlar nəticəsində ölə bilərlər. Vaşinqton və Təl-Əvivin bu müharibəni davam etdirmək qərarına gəlməsi Qəzza zolağında və İordan çayının qərb sahilində yeni bir soyqırım aktı olduğunu göstərir. Çox gec olmadan Qəzza zolağına qarşı təcavüzü dərhal dayandırın”, – Abdullahyan vurğulayıb. (Tass)