İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff şənbə günü, aprelin 12-də Omanda keçiriləcək görüşdə əsas müzakirəçi qismində çıxış edəcəklər.Bu barədə İranın “NourNews” agentliyi məlumat yayıb.
Bundan əvvəl Əraqçi X-də yazmışdı ki, Vaşinqton və Tehran aprelin 12-də Omanda dolayı danışıqlar aparacaq. (Tass)