İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Esmail Kosari Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin ölkəyə girişinə qadağa qoyulmasını təklif edib.
“Mən Ali Milli Təhlükəsizlik Şurasına Qrossinin İrana daxil olmasına həmişəlik qadağa qoyulmasını təklif etdim”, – deyə Tasnim xəbər agentliyi onun sözlərini sitat gətirir. Bundan əvvəl İslam Respublikası parlamenti onun siyasiləşmiş mövqeyinə görə MAQATE ilə əməkdaşlığı müvəqqəti dayandırmaq üçün qanun layihəsini qəbul etməyi planlaşdırdığını açıqlamışdı. (Tass)