Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin parlamentinin sədri Məhəmməd Rikan əl-Halbusi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələr, parlamentlərarası diplomatiyanın əhəmiyyəti, eləcə də əməkdaşlığın daha da möhkəmlənməsi üçün təmasların və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.
Eyni zamanda, iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının və müxtəlif komitələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunvericilik sahəsində təcrübə mübadiləsi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin əsasını təşkil edir.
Söhbət zamanı, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.