İraq İslami Müqavimət Hərəkatı Suriya ilə sərhəddə yerləşən Tanf qəsəbəsində ABŞ hərbi bazasına hücum etdiyini bildirib. Bu barədə Livanın Al Mayadeen telekanalı məlumat yayıb.
“İraq İslami Müqaviməti döyüşçüləri amerikalı işğalçıların Suriyadakı Tanf bazasına pilotsuz təyyarənin köməyi ilə hücum edib, hədəfi vurub”, – deyə telekanal qrupdan sitat gətirir.
Mümkün itkilər, xəsarət alanlar və ya maddi ziyan barədə məlumat verilmir.
Fələstin-İsrail münaqişəsi kəskinləşdiyi bir vaxtda ABŞ-ın Suriya və İraqdakı hərbi bazaları raket və pilotsuz təyyarələrdən hücuma məruz qalıb. CNN-in məlumatına görə , oktyabrın 17-dən bu yana belə hücumların sayı 46-ya çatıb. (Tass)