İraqın “Al Rabiaa” portalı İsrail və Rusiya vətəndaşlığı olan Elizaveta Tsurkovun oğurlanmasından sonra ilk videonu yayıb. Bu videonun harada, nə vaxt və hansı şəraitdə çəkildiyi barədə məlumat verilmir.
“Mənim adım Elizaveta Tsurkovdur, mən İsrail vətəndaşıyam, 37 yaşım var. İsrail hökuməti mənim azadlığa çıxmağım üçün heç bir iş görmür, baxmayaraq ki, hazırda çox ağır vəziyyətdəyəm. Ailəmə və dostlarıma müraciət edirəm yaxın gələcəkdə mənim azadlığa çıxmağıma nail olmağa çalışsınlar və mən onlara qayıda bildim”, Tsurkov deyib.
“Mən Qəzza zolağında baş verən hadisələri, uşaqların, qadınların öldürülməsini, xəstəxanalara hücumları yaxından izləyirəm. Bu siyasət bizimlə fələstinlilər arasında münasibətlərdə fəlakətə gətirib çıxarır və bu strategiyanın nəticəsi Qəzza ilə sülh olmayacaq. Hazırkı hökumətin seçdiyi siyasətin nəticəsi odur ki, bu, ancaq müharibənin davamı olacaq”.
Tsurkov həmçinin Fələstinin islamçı HƏMAS hərəkatının anklavda saxladığı israilli girovların ailələrini “silahlı münaqişəyə son qoymağa çağırıb, çünki onların oğulları və qızları bu münaqişədə həlak olacaq”. (Tass)