İraq silahlı münaqişələrdən zərər çəkmiş ərəb dövlətlərinin bərpası üçün vəsait təmin edəcək birgə ərəb fondunun yaradılması təşəbbüsü çərçivəsində Qəzza zolağının və Livanın yenidən qurulmasına hər biri 20 milyon dollar ianə verəcək. Bunu Bağdadda Ərəb Liqasının 34-cü sammitinin açılışında çıxışı zamanı İraqın baş naziri Məhəmməd əl-Sudani deyib.
“İraq 18 təşəbbüsü, o cümlədən ərəb ölkələrinin böhran və müharibələrdən sonra bərpası məsələləri ilə məşğul olacaq ərəb fondunun yaradılması ideyasını müzakirəyə təqdim edib. Biz təsdiq edirik ki, Bağdad Qəzzanın bərpası üçün bu fonda 20 milyon dollar, Livanın bərpası üçün isə daha 20 milyon dollar ianə edəcək”, – deyə Əl-Sudani telekanalı bildirib. İraqın baş naziri ümidvar olduğunu bildirib ki, Bağdad görüşündə iştirak edənlər ərəb ölkələri arasında münasibətlərin tarixində “dönüş nöqtəsinə çevriləcək layihəni” birgə işə salacaqlar və onların xalqlarının layiqli gələcəyini təmin edəcəklər.
Cümə günü İraq hökumətinin sözçüsü Basem əl-Avadi deyib ki, müzakirə üçün təklif olunan məsələlərdən beşi “Yaxın Şərq ölkələri arasında təhlükəsizlik və terrorla mübarizə sahələrində əməkdaşlığa aiddir, qalan 13 təşəbbüsün böyük əksəriyyəti isə iqtisadi məsələlərə toxunur”. (Tass)