İraqın İslami Müqavimətinə aid silahlı şiə birləşmələri Suriyanın Deyr əz-Zor əyalətindəki Əl Ömər neft yatağı yaxınlığında ABŞ hərbi bazasına hücum edib. Bu barədə Sham FM radiostansiyası məlumat yayıb . Onun sözlərinə görə, hərbi obyektin ərazisində ən azı üç partlayış səsi eşidilib.
Şahidlərin sözlərinə görə, Suriya ordusunun tərəfində döyüşən şiə döyüşçüləri Amerika bazasına hücum etmək üçün kamikadze dronlardan istifadə ediblər.
Oktyabrın 27-də ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddə yerləşən Əl-Tanf şəhərindəki hərbi bazası iki dəfə atəşə tutulub.
Şiə hərəkatının nümayəndəsi Cəfər əl-Hüseyni daha əvvəl demişdi ki, onun döyüşçüləri “İsrail və regiondakı Amerika hədəflərinə zərbələri gücləndirməklə fələstinli və livanlı qardaşlarına dəstək verəcəklər”.