İraq Kürdüstanındakı ABŞ hərbi bazasına iki pilotsuz uçuş aparatı tərəfindən hücum edilib. Al Mayadeen telekanalının verdiyi məlumata görə, əvvəllər İslam Dövləti qruplaşmasının terrorçularına qarşı vuruşmuş şiə silahlı qruplarının döyüşçülərinin daxil olduğu İraqın İslam Müqaviməti hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib. Amerika bazası Ərbilin inzibati mərkəzinin yaxınlığında (Bağdaddan 425 km məsafədə) Harir hərbi aerodromunda yerləşir. (Tass)