İraq silahlı qüvvələri Suriya ilə həmsərhəd zolağa nəzarəti gücləndirib. Bu barədə İraq ordusunun baş qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah məlumat verib.
Livanın “Əl Mayadeen” telekanalı onun sözlərindən sitat gətirib: “[Suriya ilə sərhəddəki] Əl-Qaim keçid məntəqəsindəki təhlükəsizlik qüvvələri əhəmiyyətli dərəcədə gücləndirilib. “Biz xalqımızı əmin edirik ki, onların təhlükəsizlik qüvvələri təhlükəsizliyin təmin edilməsinə və sərhəd zolağına nəzarətin gücləndirilməsinə cavabdehdir” deyib Yaralla.