İraq Xarici İşlər Nazirliyi Britaniya səfiri Stiven Hitçenin respublikadakı siyasi və təhlükəsizlik vəziyyəti ilə bağlı söylədiyi fikirlərə etiraz notası təqdim etmək üçün Britaniyanın müvəqqəti işlər vəkili Rut Koverdeleyi çağırıb. Bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Etiraz notası Böyük Britaniyanın İraq Respublikasındakı səfiri Stiven Hitçenin İraqdakı təhlükəsizlik və siyasi vəziyyətlə bağlı acınacaqlı mənzərəni təqdim edən və ölkə hökumətinə və onun müxtəlif icmalarına mənfi təsir göstərən bəyanatlarına cavab olaraq göndərilib”- nazirliyin açıqlamasında bildirilir.
Bundan əvvəl Hitçen Rudaw TV -yə müsahibəsində İraqın hərbiləşdirilmiş qruplarının nümayəndələrindən hədələr aldığını bildirib. O, təhlükəsizlik vəziyyətini şərh edərək, Britaniya vətəndaşlarına İraqda olmanın riskləri barədə xəbərdarlıq edib.
İraq Xarici İşlər Nazirliyi Hitçenin bəyanatlarını respublikanın daxili işlərinə müdaxilə adlandırıb. Departamentin bəyanatında qeyd edilir ki, səfirin özü hazırda İraqdan kənardadır. (Tass)