İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin bir hissəsi) İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərini atəşə tutması ilə əlaqədar İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırır. Bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu gün, yanvarın 16-da İraq Xarici İşlər Nazirliyi İranın Ərbil şəhərinə son zərbələri ilə əlaqədar Tehrandakı səfiri Nasir Abdel Möhseni məsləhətləşmələr üçün geri çağırıb”, – İraq Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında dərc olunan mesajda deyilir.
Bundan əvvəl İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı müvəqqəti işlər vəkili Əbu əl-Fədl Əzizi çağıraraq , İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kürd Muxtariyyəti ərazisinə hücumu ilə əlaqədar ona etiraz notası təqdim edib. Xarici İşlər Nazirliyi bu hücumun İraq Respublikasının suverenliyinin kobud şəkildə pozulması olduğunu və mehriban qonşuluq prinsiplərinə qəti şəkildə zidd olduğunu vurğulayıb. (Tass)