ABŞ-ın İraqdakı silahlı şiə qruplaşmalarından birinin qərargahına endirdiyi zərbə nəticəsində azı 5 nəfər həlak olub. Bu barədə “Shafaq news” informasiya portalı Ərəb Respublikasının təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
“Hələlik dəqiqləşdirilməyib ki, bu, raket hücumu və ya pilotsuz uçan aparat vasitəsilə həyata keçirilən zərbədir. İlkin məlumatlara görə, beş nəfər həlak olub”, – portal mənbənin məlumatına istinadən bildirir.
Shafaq news daha əvvəl Suriyadakı Amerika hərbi bazalarına 7 raket atıldığını bildirmişdi. “İraqın İslam Müqaviməti” şiə hərəkatının döyüşçüləri öz növbəsində “düşmənin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq “Suriyanın şimal-şərqindəki Harrab əl-Cair Amerika bazasına” raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.”
Noyabrın 30-da Fox News xəbər verib ki, 17 oktyabrdan bəri İraq və Suriyadakı ABŞ bazalarına 74 dəfə hücum edilib. Suriya ərazisində 900-ə yaxın ABŞ əsgəri, İraq ərazisində isə 2,5 min əsgər yerləşdirilib. (Tass)