İraqda toyda baş verən yanğında ölən və yaralananların sayı 450 nəfəri keçib, bu barədə Qırmızı Aypara X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb. Hadisə Nineva əyalətində baş verib.
Məlumatda bildirilir ki, Mosulun şərqindəki Həmdaniya rayonunda şadlıq sarayında baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfəri keçib.
İraq mediasının məlumatına görə, polis yanğının yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayan qapalı ərazidə atəşfəşanlıqdan istifadə edilməsi səbəbindən baş verdiyini ehtimal edir.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani daxili işlər və səhiyyə nazirliklərinə zərərçəkənlərə yardım göstərmək üçün tədbirlər görməyi tapşırıb. Bu məqsədlə idarə ölkənin müxtəlif bölgələrindən, o cümlədən Bağdaddan əlavə qüvvə və resurslar göndərib. (Nevs.ru)