İraqın baş naziri Məhəmməd əl-Sudani ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı ədalətsiz blokadaya məruz qalan Qəzza zolağına humanitar dəhlizlərin açılmasının vacibliyinə işarə edib. Bu barədə İraq liderinin ofisi məlumat yayıb.
“Baş nazir İraqın Qəzza zolağında baş verənlərlə bağlı qəti mövqeyini təkrarlayaraq, humanitar dəhlizlərin təmin edilməsinin və müharibənin çətinliyindən və ədalətsiz blokadadan əziyyət çəkən Qəzza zolağının əhalisinə lazımi yardımın göstərilməsinin vacibliyini vurğulayıb”. Bu barədə İraq Xəbər Agentliyinin yaydığı bəyanatda deyilir.
Söhbət zamanı “hər iki tərəf münaqişənin cilovlanmasının və mülki əhalini hədəf alan, regional və beynəlxalq sülh və sabitliyə təhlükə yaradan hərbi əməliyyatların genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb”.
Ofisdən verilən məlumata görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.(Tass)